Bank Of Baku

Azərbaycanda daha 1,6 ton yararsız ərzaq məhsulu və 29,7 ton saxta sement aşkarlanıb

Azərbaycanda daha 1,6 ton yararsız ərzaq məhsulu və 29,7 ton saxta sement aşkarlanıb
# 30 may 2009 11:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən Bakı və Gəncə şəhərlərində, Abşeron, Quba rayonlarında yerləşən 16 ticarət obyektində keçirilən monitorinq zamanı 1,6 tondan artıq yararsız ərzaq məhsulu aşkarlanıb. Bu barədə APA-ya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aşkarlanmış yararsız qənnadı və kolbasa məmulatları, yağ, makaron, toyuq, tomat və s. satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, son 5 gün ərzində Goranboy və Qusar rayonlarında çəkisi 29,7 ton olan saxta sement aşkar edilərək satışdan çıxarılıb.

«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında» qanun qüvvəyə mindikdən sonra İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən olunmuş 5 hüquqi şəxsə 20 min manat, 31 fiziki şəxsə isə 46,5 min manat cərimə tətbiq edilib.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla dərhal Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR