Bank Of Baku

”Azersun Holding” “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə silsilə tədbirlər keçirir

”Azersun Holding” “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə silsilə tədbirlər keçirir
# 01 iyun 2009 16:17 (UTC +04:00)
Bakı-APA. ” Azersun Holding” “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə əlil və yardıma ehtiyacı olan uşaqlara xüsusi qayğıyla yanaşır. Şirkətin mətbuat xidmətindən “APA-Economics”ə veriləm məlumata görə, 2009-cu ilin ölkə başçısı tərəfindən “Uşaq ili” elan olunması münasibətilə holdinq tərəfindən silsilə tədbirlərə start verilib.

Bu gün holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər Departamentinin Humanitar işlər şöbəsinin əməkdaşları 37 saylı Uşaq Kardioloji Sanatoriyasından, 21 saylı Təbəssüm Uşaq Sanatoriyasından, 3 saylı Lal-Kar Uşaqlar üçün İnternat məktəbindən olan 50 uşağın iştirakı ilə əyləncəli tədbir təşkil edib.

“Aqua Park” istirahət mərkəzində əylənən uşaqlara orada nahar yeməyi verilib. Uşaqlar həmçinin əyləncə mərkəzinin oyun zalında əyləniblər. Sonra isə uşaqlar heyvanat bağçasına aparılıb, tədbirin sonunda hər bir uşağa qiymətli hədiyyələr təqdim olunub. Tədbirlər proqramı çərçivəsində 4 saylı Vərəm Dispanserindəki 30 uşağa da hədiyyə aparılıb.

“Azersun Holding” tərəfindən ardıcıl həyata keçirilən sosial-mədəni tədbirlərin bütün uşaq evlərini və uşaq təşkilatlarını əhatə edəcəyi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR