Bank Of Baku

Satış obyektlərində uşaq oyuncaqları və yeməkləri ilə bağlı yoxlamalar aparılır

Satış obyektlərində uşaq oyuncaqları və yeməkləri ilə bağlı yoxlamalar aparılır
# 02 iyun 2009 11:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) keyfiyyətsiz məhsul istehsalı ilə mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər hazırlayır. «APA-Economics»in məlumatına görə, dövlət komitəsinin sədri Ramiz Həsənov bildirib ki, qanunvericiliyə son dəyişikliklərlə keyfiyyətsiz məhsul istehsal edən və satan fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunan cərimələr sərtləşdirilib: «Əvvəllər maksimum 250 manat cərimə tətbiq olunduğu halda, bu gün cərimələrin ən yuxarı həddi 5 min manatadək artırılıb. Bu cərimələri nəzərə alan müəssisələr və obyektlər artıq özləri müvafiq tədbirlər görür».

Komitə sədrinin fikrincə, keyfiyyətsiz məhsulu bazardan çıxarmaq 1-2 ilin işi deyil. Bunun üçün uzun müddət lazımdır.

«Təəssüflər olsun ki, Azərbaycanda elə iş adamları var ki, şəxsi mənafelərini hər şeydən üstün tutur. Araşdırmalar göstərir ki, bəzi sexlər antisanitar vəziyyətdə, heç bir şəraiti olmadan məhsul istehsal edir», - deyə R. Həsənov vurğulayıb.

SMPDK tərəfindən gündə sahələr üzrə Bakıda 15-20, regionlarda isə 5 araşdırma aparıldığını deyən R. Həsənov 15 müəssisədən 8-10-da nöqsanların aşkarlandığını və cəza tədbirlərinin görüldüyünü vurğulayıb.

Yoxlamalar, əsasən, ərzaq məhsulları istehsal edən müəssisələrdə aparılır. R. Həsənov bu il uşaq oyuncaqları və yeməkləri ilə bağlı yoxlamaların aparıldığını da qeyd edib. Artıq uşaq oyuncaqları ilə bağlı monitorinqlərin nəticələrinin təhlil olunduğunu deyən R. Həsənov nəticələrin gələn həftə açıqlanacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR