Bank Of Baku

Pekində Çin-Azərbaycan biznes-forumu keçirilib

Pekində Çin-Azərbaycan biznes-forumu keçirilib
# 03 iyun 2009 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Pekində (Çin) Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə Çin-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində Çin-Azərbaycan investisiya forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə dövlət rəsmilərindən, mühəndislik, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, konsaltinq, tikinti və s. sahələrdə fəaliyyət göstərən sahibkarlardan ibarət nümayəndə heyəti təmsil edib. Çin tərəfdən isə foruma dövlət qurumlarının nümayəndələri ilə yanaşı, müvafiq sahələrdə fəaliyyət göstərən 50-yə yaxın iş adamı qatılıb.
Forumda A.Şərifov və Çin Xalq Respublikasının Kommersiya nazirinin müavini Qao Xuçen iki ölkə arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə çıxış ediblər.
Tədbirdə “Azpromo” tərəfindən Azərbaycanın investisiya imkanları ilə bağlı təqdimat keçirilib, Çin və Azərbaycan iş adamları isə təmsil etdikləri şirkətlər barədə məlumat veriblər.
Tədbirdə, həmçinin, iki ölkənin sahibkarları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR