Bank Of Baku

«Azersun Holding» müştəri və istehlakçılar üçün yeni üç rəqəmli nömrə xidmətini istifadəyə verib

«Azersun Holding» müştəri və istehlakçılar üçün yeni üç rəqəmli nömrə xidmətini istifadəyə verib
# 03 iyun 2009 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azersun Holding» Şirkətlər Qrupu müştəri xidmətlərinin səviyyəsini yüksəldilməsi məqsədi ilə istehlakçılara yeni üç rəqəmli (120) nömrə xidmətini istifadəyə verib.

«APA-Economics»in məlumatına görə, bu məqsədlə keçilən tədbirdə holdinqin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Afiq Səfərov və Müştəri Xidmətləri Departamentinin müdiri Şamil Kərimov çıxış edib.

Ş. Kərimovun sözlərinə görə, yeni üç rəqəmli 120 xidmətinin tətbiq edilməsinin əsas məqsədi müştərilərin və istehlakçıların bütün sifarişlərini qəbul etmək, həmçinin onların verdiyi təkliflərlə yaxından tanış olmaqdır: «Ümumiyyətlə, üç rəqəmli xidmət nömrəsi yeddi rəqəmli nömrəyə nisbətən rahat və daha yadda qalandır. Bu rahatlığı nəzərə alaraq holdinq 120 rəqəmini istifadəyə verib».

Ş. Kərimov bildirib ki, bu nömrə vasitəsi ilə Bakı və regionlardan edilən zənglər pulsuzdur. Bu nömrə vasitə edilən sifarişlər və təkliflər holdinqin fəaliyyətini daha da gücləndirəcək.

Tədbirdə, həmçinin A.Səfərov 120 xidmətin bir sıra üstünlüklərindən danışıb.

Qeyd edək ki, «Azersun Holding» Azərbaycanda 1991-ci ildən fəaliyyətə başlayıb. Holdinq qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ölkənin qabaqcıl şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR