Bank Of Baku

Bakının bir sıra marketlərində yararsız məhsullar aşkarlanıb - MARKETLƏRİN SİYAHISI

Bakının bir sıra marketlərində yararsız məhsullar aşkarlanıb - <font color=red>MARKETLƏRİN SİYAHISI</font>
# 03 iyun 2009 14:54 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakı şəhərində Nərimanov rayonu H. Əliyev küçəsi, 55 ünvanında «Çinar-B» MMC-yə məxsus «Çinar» marketində, Nəsimi rayonu Azadlıq prospekti, 103 ünvanında fiziki şəxs E. Məmmədovaya məxsus «Proqres» marketində, Nəsimi rayonu Nizami küçəsi, 50 ünvanında fiziki şəxs A. Bostanova məxsus «Anar» marketində, Tbilisi prospektində «Neptun S» MMC-yə məxsus «Neptun» supermarketində, eləcə də Xırdalan şəhərində fiziki şəxs A. Əliyevə məxsus ərzaq mağazasında, Siyəzən şəhərində fiziki şəxs Y. Qasımovaya məxsus ərzaq mağazasında, Cəlilabad şəhərində fiziki şəxs E. Kərimova məxsus «Samsunq» ərzaq mağazasında ümumi çəkisi 0,5 ton olan istifadə müddəti ötmüş ərzaq məhsulları, o cümlədən insanların gündəlik istehlakında geniş istifadə olunan qənnadı və kolbasa məmulatları, yağ, makaron, uşaq yeməkləri və s. mallar aşkar olunmuş və satışdan çıxarılaraq məhv edilib.
Dövlət Xidməti tərəfindən həmçinin, Nəsimi rayonu Salamzadə küçəsi, 2 ünvanında fiziki şəxs N. Nuriyevə məxsus ticarət obyektində 5 tona yaxın saxta sement aşkar edilərək satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş 2 hüquqi və 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR