Bank Of Baku

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi azalıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi azalıb
# 04 iyun 2009 11:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan və Rusiya arasında 2009-cu ilin I rübündə aparılan ticarət əlaqələrinin yekunlarına dair mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib ki, hesabat dövründə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin ilk rübü ilə müqayisədə 3,4% azalaraq 391,9 mln. ABŞ dolları təşkil edib: «Buna baxmayaraq, yanvar-mart aylarında Rusiyadan Azərbaycana idxal 2,5% artaraq 350,5 mln. dollara, Azərbaycandan Rusiyaya ixrac isə 35% artaraq 41,4 mln. dollara çatıb».
Y. Şedrinin onu da qeyd edib ki, Rusiyadan Azərbaycana, əsasən, maşınqayırma, texniki avadanlıqlar və ərzaq məhsulları gətirilib: «Hesabat dövründə Rusiyadan Azərbaycana 1 400 ədəd minik avtomobili, 1 370 ədəd yük avtomobili, 30 ədəd xüsusi təyinatlı avtomobillər, 22 avtobus, 186 traktor, 6 kombayn, 11 metro vaqonu və bir s. gətirilib».
Y. Şedrinin sözlərinə, cari ilin ilk rübündə Rusiyadan Azərbaycana ümumi dəyəri 60,3 mln. dollar olan 322,5 min ton buğda və meslin ixrac olunub.
İki ölkənin birgə müəssisələrinin fəaliyyətindən danışan Y. Şedrin Rusiyanın «Baltika» şirkətinin Xırdalandakı «Baku-Castal» pivə zavodunu almasına toxunub, artıq həmin müəssisədə pivə istehsalına başlandığını deyib: «Bu zavoda 20 mln. dollar həcmində investisiya yatırılıb, yaxın illərdə zavodun illik istehsal gücü 10 mln. dekalitrə çatdırılacaq. Bu da, Azərbaycanın digər ölkələrə pivə ixrac etməsinə imkan yaradacaq».
Y. Şedrin həmçinin qeyd edib ki, Azərbaycanda iri layihələrdə iştirak edən Rusiyanın nəhəng şirkətlərinin sayı çox azdır. Rusiya nümayəndəsi belə şirkətlərdən «LUKoil», «Baltika» və «Sinterra»nın adını çəkib. Orta və kiçik birgə müəssisələrə gəldikdə Y. Şedrinin sözlərinə görə, hazırda belə müəssisələrin sayı 160-dan çox olsa da, onlardan yalnız 100-ü real fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR