Bank Of Baku

Azərbaycanın «Neftçala balıq-əmtəə» SC-nin 30% səhmi yarı qiymətə satılıb

Azərbaycanın «Neftçala balıq-əmtəə» SC-nin 30% səhmi yarı qiymətə satılıb
# 08 iyun 2009 07:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda iyunun 2-də keçirilmiş 514-cü pul hərracında «Neftçala balıq-əmtəə» səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

«Neftçala balıq-əmtəə» SC-nin nizamnamə kapitalı 407 344 manat, buraxılmış səhmləri 203 672 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır.

Satışa ümumi nominal dəyəri 122 204 manat (30%), ilkin hərrac qiyməti isə 61 102 manat təşkil edən 61 102 səhm çıxarılıb. Müəssisənin bütün səhmləri ilkin hərrac qiymətinə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR