Bank Of Baku

Azərbaycanda sivil əmlak bazarının formalaşdırılmasına dair seminar və kurslar keçiriləcək

Azərbaycanda sivil əmlak bazarının formalaşdırılmasına dair seminar və kurslar keçiriləcək
# 09 iyun 2009 09:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – Apa-Economics. Azərbaycan Maliyyə Nazirliyi, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda sivil əmlak bazarının formalaşdırılmasına dair birgə seminar və kurslar keçirəcək.

AQC-dən «APA-Economics»ə verilən məlumata görə, seminar və kurslar həmçinin beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq əmlakın dəyərinin müəyyən edilməsi istiqamətində peşəkar qiymətləndirici mütəxəssislərin hazırlanması və onların biliklərinin artırılmasına yönəldilib.

Bu ilin iyunun 17-19-da isə dinləyicilərin imtahan attestasiyası keçiriləcək. Nəticədə, iştirakçıların bilik səviyyəsinə görə onlara qiymətləndirmə fəaliyyəti üzrə beynəlxalq sertifikat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR