Bank Of Baku

Azərbaycanda daha 8 fiziki şəxsə məxsus ticarət obyektində yararsız məhsul aşkarlanıb

Azərbaycanda daha 8 fiziki şəxsə məxsus ticarət obyektində yararsız məhsul aşkarlanıb
# 10 iyun 2009 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Bakıda və ölkənin digər bölgələrində növbəti monitorinq keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Səbayel rayonunda fiziki şəxslər Sevinc Piriyeva, Diana Sədullayeva, Asəf Məmmədbəyov və Vüqar Hüseynova məxsus ərzaq mallarının satışı mağazalarında, həmçinin Binəqədi rayonunda fiziki şəxslər Səbahəddin Həmidov və Aqil Həsənova məxsus ticarət obyektlərində, Sumqayıt və Dəvəçi şəhərlərində müvafiq olaraq Şükür İslamov və Müşfiq Qasımova məxsus ərzaq mağazalarında ümumi çəkisi 1 tona yaxın istifadə müddəti ötmüş, yararsız ərzaq məhsulları - qənnadı və kolbasa məmulatları, kərə yağı, balıq konservləri və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 8 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, bu ilin may ayından etibarən aparılan monitorinqlər zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 11 hüquqi şəxsə 40,5 min manat, 39 fiziki şəxsə isə 59 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR