Bank Of Baku

Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə satılan istehlak mallarının həcmi yanvar-may aylarında 8% artıb

Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə satılan istehlak mallarının həcmi yanvar-may aylarında 8% artıb
# 10 iyun 2009 06:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə 4,6 mlrd. manatlıq və ya 2008-ci ilin eyni dövründəkindən 8,2% çox geniş çeşidli müxtəlif istehlak malları satılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 3 mlrd. manatını ərzaq, 1,6 mlrd. manatını isə qeyri-ərzaq malları təşkil edib və onların satışı müvafiq olaraq 10,8% və 3,1% artıb.

Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,3%-i hüquqi şəxslərin, 43,5%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 41,2%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb.

Cari ilin beş ayı ərzində əhaliyə 1,4 mlrd. manatlıq və ya ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% çox pullu xidmət göstərilib. Xidmətin 79,8%-i hüquqi, 20,2%-i isə fiziki şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə müvafiq olaraq 13,7% və 9,9% çox pullu xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR