Bank Of Baku

Azərbaycanda 7 yeni standart təsdiq olunub

Azərbaycanda 7 yeni standart təsdiq olunub
# 10 iyun 2009 10:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən 7 yeni standart təsdiq olunub. Bu barədə «APA-Economics»ə SMPDK-nin mətbuat xidmətindən məlumat verilib.

AZS EN 197-2-2009 standartı sementlərin texniki göstəricilərinin standartlara uyğunluğunun qiymətləndirilməsi prosedurası, AZS EN 413-1-2009 standartı hörgü və suvaq sementlərinin tərifini və tərkib hissələrini, o cümlədən, fiziki, mexaniki və kimyəvi göstəriciləri və möhkəmlik siniflərini, AZS 354-2009 standartı presləmə və ekstraksiya üsulu ilə günəbaxan toxumundan alınan günəbaxan yağına, AZS 355-2009 standartı saflaşdırılmış qarğıdalı yağına şamil edilir və bu yağa texniki tələbləri, sınaq metodlarını, daşınma və saxlanma tələblərini müəyyən edir.

AZS 361-2009 standartı kartof, soğan və reseptura üzrə digər komponentlər əlavə edilməklə, mal, qoyun və ya camış ətindən hazırlanan, kip bağlanan qablara doldurularaq sterilizasiya edilən «Kartoflu ət» konservlərinə, AZS 362-2009 standartı ticarət şəbəkəsində satılmaq və sənaye emalı üçün tədarük edilən təzə yemişanın yabanı və mədəni sortlarına, AZS 363-2009 standartı isə ticarət şəbəkəsində satılmaq və sənaye emalı üçün tədarük edilən təzə innabın mədəni sortlarına («Azəri», «Xəzəri», «Nəsimi» və s.) şamil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR