Bank Of Baku

Azərbaycanın şəhər və rayonlarında daha 1 ton istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın şəhər və rayonlarında daha 1 ton istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb
# 10 iyun 2009 15:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinq zamanı Bakıda və rayonlarda fəaliyyət göstərən bəzi satış obyektlərində keyfiyyətsiz məhsullar aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nizami rayonunda «Gəncə şərq şirniyyatları», «Ağ market», «Çinar», «Ruslan 93» və «Sputnik» ərzaq məhsullarının satışı mağazalarında, həmçinin Qusar şəhərində G.Bədəlovaya, Balakən şəhərində A.Budurova məxsus ərzaq mallarının satışı ilə məşğul olan ticarət obyektlərində ümumi çəkisi 1 tona yaxın istifadə müddəti ötmüş, ərzaq məhsulları - qənnadı və kolbasa məmulatları, kərə yağı, balıq konservləri, pivə və sərinləşdirici içkilər aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 6 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Qanunun tələbini pozmuş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaq.

Ümumilikdə, mayın 17-də «İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında» qanun qüvvəyə mindikdən sonra İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilən 11 hüquqi şəxsə 40,5 min manat, 45 fiziki şəxsə isə 68 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR