Bank Of Baku

ATİB-də Asiya İnkişaf Bankının məsləhətçiləri ilə görüş keçirilib

ATİB-də Asiya İnkişaf Bankının məsləhətçiləri ilə görüş keçirilib
# 11 iyun 2009 14:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Türkiyə İş Adamları Birliyində (ATİB) Asiya İnkişaf Bankının məsləhətçiləri, “CrimsonLogic” şirkətinin nümayəndələri Çan Fuk Senq və Tesvin Çun ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə ATİB-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə məqsəd cari il yanvarın 1-dən Azərbaycanda tətbiq edilməyə başlanan vahid gömrük pəncərəsi sisteminin ilkin nəticələri və təkmilləşdirilməsi istiqamətləri barəsində müzakirələr aparmaq olub.

Çan Fuk Senq bildirib ki, Sinqapur hökuməti tərəfindən 1988-ci ildə yaradılan “Crimsonlogic” şirkəti hazırda bu ölkənin elektron ticarət və gömrük sisteminin idarə edilməsini həyata keçirir. Onların Azərbaycan səfərinin məqsədi vahid gömrük pəncərəsinin tətbiqi sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi və bunun əsasında Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün tövsiyələr hazırlamaqdır.

ATİB İdarə Heyəti sədrinin müavini Camal Yanğın isə bildirib ki, bu sistemin tətbiqi həm bürokratiyanın aradan qaldırılmasında, həm də işlərin sürətlə aparılmasında mühüm rol oynayıb: “Bu sistem tətbiq edilməmişdən öncə bir yük maşınındakı malların gömrük rəsmiləşdirilməsi 4 gün vaxt aparırdısa, hazırda bunun üçün 3 saat tələb olunur. Bundan əlavə, daha əvvəl gömrük rəsmiləşdirilməsi üçün çoxsaylı sənədlər tələb edilirdi və onların həcmi 40 səhifəyə qədər olurdu. Hazırda isə yalnız 2 səhifəlik sənəd tələb edilir”.

Daha sonra tərəflər vahid gömrük pəncərəsi sisteminin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR