Bank Of Baku

Azərbaycan bazarında ünvanı bəlli olmayan müəssisələrin yararsız məhsulları aşkarlanıb

Azərbaycan bazarında ünvanı bəlli olmayan müəssisələrin yararsız məhsulları aşkarlanıb
# 12 iyun 2009 11:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) ünvanı bəlli olmayan müəssisələr tərəfindən bazara standartlara cavab verməyən məhsullar çıxarıldığını aşkarlayıb. Bu barədə «APA-Economics»ə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, bazarda «Everest» firmasının istehsalı olan eyni adlı alkoqolsuz içki, limonad və qazlı su, «Bakinka» əmtəə nişanı ilə süd məhsulları çıxarılıb. Hər iki adda məhsulun gizli ünvanlarda istehsal olunduğu müəyyənləşdirilib.

Komitə gizli ünvanlarda istehsal olunan, normativ sənədi olmadan satışa çıxan sertifikatsız məhsullarla rastlaşdıqda vətəndaşları SMPDK-nin «qaynar xətt»inə ((012) 449 99 59) zəng etməyi tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR