Bank Of Baku

Azərbaycanda keçiriləcək növbəti çek hərracına 6 ASC-nin 19,1 min səhmi çıxarılacaq

Azərbaycanda keçiriləcək növbəti çek hərracına 6 ASC-nin 19,1 min səhmi çıxarılacaq
# 16 iyun 2009 10:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu ilin iyul ayının 13-17-də Azərbaycanda keçiriləcək ixtisaslaşdırılmış növbəti çek hərraclarında respublikanın müxtəlif rayonlarında yerləşən 6 səhmdar cəmiyyəti satışa çıxarılacaq. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bunlar, «Kürdəmir İnşaat Xidmət», «Dəvəçi Yeyinti İstehsal», «Zərdab Sənaye İnşaat», «Sabirabad İnşaat», «Tərtər Sənaye İnşaat» və «Goranboy Sənaye İnşaat» səhmdar cəmiyyətləridir.

Satışa çıxarılan səhmdar cəmiyyətlərinin ümumi nizamnamə kapitalı 254 696 manat, buraxılan səhmlərin ümumi sayı 127 348 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Çek hərracına ümumilikdə 6 səhmdar cəmiyyəti üzrə 19 101 səhm çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR