Bank Of Baku

Qara dəniz - Xəzər İş Adamları Konfederasiyası regional investisiya konfransı keçirəcək

Qara dəniz - Xəzər İş Adamları Konfederasiyası regional investisiya konfransı keçirəcək
# 16 iyun 2009 13:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Oktyabr ayının əvvəllərində Yunanıstanda Qara dəniz - Xəzər İş Adamları Konfederasiyası (UBCCE) tərəfindən regional investisiya imkanlarına həsr olunmuş konfrans keçiriləcək. Bu barədə «APA-Economics»ə UBCCE-nin vitse-prezidenti, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Əhməd Erentok məlumat verib.

Azərbaycandan da nümayəndə heyətinin qatılacağı bu tədbirdə UBCCE-yə üzv olan 17 ölkə ilə yanaşı bir sıra digər ölkədən də nümayəndə heyətləri qatılacaq. Tədbirdə regionda kiçik və orta sahibkarlığın mövcud durumu, inkişaf yolları, habelə iqtisadi böhrandan çıxış yolları müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR