Bank Of Baku

Azərbaycanda keçirilən lotereyalarda qanun pozuntularının sayı 3 dəfə azalıb

Azərbaycanda keçirilən lotereyalarda qanun pozuntularının sayı 3 dəfə azalıb
# 17 iyun 2009 06:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk beş ayı ərzində Azərbaycanda keçirilən lotereyalarda 1 qanun pozuntusu aşkarlanıb ki, ötən ilin analoji dövrü ilə müqayisədə qanun pozuntularının sayı 3 dəfə azalıb.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «Azərlotereya» ASC tərəfindən 7 lotereya keçirilib ki, bunun 6-sı tirajlı, 1-i isə ani lotereya olub. Stimullaşdırıcı lotereyalara gəldikdə isə, bu ilin yanvar-may aylarında ölkədə 32 stimullaşdırıcı lotereya keçirilib. Bunun 23-ü tirajlı, 9-u isə ani olub.

Qeyd edək ki, əgər ötən ilin ilk beş ayında lotereyaların keçirilməsində qanun pozuntusuna görə cərimələrin həcmi 605 manat təşkil edibsə, bu ilin yanvar-may aylarında 1 qanun pozuntusunun cəriməsi 200 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR