Bank Of Baku

Azərbaycan əmlak bazarının beynəlxalq qiymətləndirmə standartlarına uyğunlaşdırılması məqsədi ilə növbəti kurs keçirilib

Azərbaycan əmlak bazarının beynəlxalq qiymətləndirmə standartlarına uyğunlaşdırılması məqsədi ilə növbəti kurs keçirilib
# 17 iyun 2009 06:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə Azərbaycanda sivil əmlak bazarının formalaşdırılması, beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq əmlakın dəyərinin müəyyən edilməsi istiqamətində peşəkar qiymətləndirici mütəxəssislərin hazırlanması və onların biliklərinin artırılması məqsədilə silsilə kurslar və seminar məşğələlərinin keçirilməsini davam edir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu silsilədən növbəti kurs Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində keçirilib.

IFC ilə aparılan danışıqlara əsasən, həmin kurslarda məşğələlərin keçirilməsi 1-ci mərhələdə müvəffəqiyyət qazanmış və beynəlxalq sertifikata layiq görülən təcrübəli qiymətləndirici-ekspertlərə həvalə edilməsi məqsədəuyğun hesab edilib.

Beynəlxalq və yerli mütəxəssislər tərəfindən dinləyicilərin imtahan attestasiyası keçiriləcək və iştirakçıların bilik səviyyəsinə görə onlara qiymətləndirmə fəaliyyəti üzrə beynəlxalq sertifikat təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR