Bank Of Baku

Azərbaycanda investorların hüquqlarının pozulmasına görə mayda 28 ASC cərimələnib

Azərbaycanda investorların hüquqlarının pozulmasına görə mayda 28 ASC cərimələnib
# 17 iyun 2009 10:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayında Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən investorların hüquqlarının pozulmasına görə ölkədə fəaliyyət göstərən 28 səhmdar cəmiyyəti cərimələnib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, ötən ay ərzində Komitəyə 174 səhmdar cəmiyyəti üzrə 90 şikayət ərizəsi daxil olub. Nəticədə, 28 səhmdar cəmiyyəti 5 600 manat məbləğində cərimələnib. Ötən ilin may ayında isə 215 səhmdar cəmiyyəti üzrə 110 şikayət ərizəsi daxil olmuşdur ki, 39 səhmdar cəmiyyətinin cərimələrinin ümumi məbləği 8 745 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR