Bank Of Baku

Bişkekdə MDB-nin Ticarət-Sənaye Palatası rəhbərlərinin iclası keçirilir

Bişkekdə MDB-nin Ticarət-Sənaye Palatası rəhbərlərinin iclası keçirilir
# 17 iyun 2009 12:21 (UTC +04:00)
Bişkek. Ləman Ağayeva - APA. Bişkekdə (Qırğızıstan) MDB-nin Ticarət-Sənaye Palatası rəhbərlərinin VII iclası işə başlayıb. APA-nın Mərkəzi Asiya bürosunun məlumatına görə, iclasda dövlətlər arasında kiçik və orta biznesin inkişafı üçün çoxşaxəli müqavilələrin əhəmiyyətindən, sərgi və yarmarkaların fəaliyyəti, işçi informasiya mübadiləsi, məhsulun keyfiyyətinə ekspert qiymətinin verilməsi və ekspertlərin attestasiyası üçün vahid sistemin yaradılması, MDB ölkələrində əmək resurslarının müəyyən edilməsi ətrafında müzakirələr aparılır.

Toplantıda iştirak edən ticarət palatalarının rəhbərləri MDB tərkibindəki bazarlar üçün gömrük proseduralarının asanlaşdırılması və sadələşdirilməsi məsələsini də gündəmə gətiriblər. MDB-nin Ticarət-Sənaye Palatası rəhbərlərinin VII iclasında 10 ölkənin nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR