Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvar-may aylarında 13% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi yanvar-may aylarında 13% artıb
# 17 iyun 2009 12:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə 1 374,9 mln. manatlıq və ya ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 43%-ni özəl sektorun müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2008-ci ilin eyni dövrünün səviyyəsini 7,4% üstələyərək 985,1 mln. manata çatıb.

Hesabat dövründə xidmət müəssisələrində hər bir ölkə sakini orta hesabla ayda 31,8 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 4,1 manatı hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR