Bank Of Baku

Azərbaycanda bazar və yarmarkaların ticarət dövriyyəsi xeyli zəifləyib

Azərbaycanda bazar və yarmarkaların ticarət dövriyyəsi xeyli zəifləyib
# 18 iyun 2009 09:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – Apa-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət və iaşə şəbəkələrindən əhaliyə 4 614,4 mln. manatlıq və ya 2008-ci ilin müvafiq dövründəkindən 8,2% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2008-ci ilin yanvar-may aylarına nisbətən 12,7% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 2,8% təşkil edib.

Pərakəndə əmtəə dövriyyəsinin real artımının 84,3%-i ticarət müəssisələrinin, 15,7%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.

Cari ilin əvvəlindən ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 106,8 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 11,3 manat və ya 11,8% çox müxtəlif istehlak malları alıb. Bu artım ticarət müəssisələrində 8,6 manat, bazar və yarmarkalarda isə 2,7 manat təşkil edib.

Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 66,1% olub. Bununla yanaşı, əhaliyə 3 052,1 mln. manatlıq ərzaq, 1 562,3 mln. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi müvafiq olaraq 10,8% və 3,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR