Bank Of Baku

Azərbaycanın əhaliyə satılan mal və xidmətlərin həcmi yanvar-may aylarında 9% artıb

Azərbaycanın əhaliyə satılan mal və xidmətlərin həcmi yanvar-may aylarında 9% artıb
# 18 iyun 2009 12:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın istehlak bazarında əhaliyə satılan malların və göstərilən xidmətlərin həcmi 9,2% artaraq 5 989,3 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 69,2%-i pərakəndə əmtəə dövriyyəsi, 30,8%-i əhaliyə göstərilən pullu xidmətlərin real həcminin artması hesabına yaranıb.

İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 77% və 23% təşkil edib.

Hesabat dövründə özəl müəssisələr tərəfindən əhaliyə 5 564,1 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 81,6%-i bu müəssisələrin fəaliyyəti hesabına təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR