Bank Of Baku

Azərbaycan bazarında daha 20 ton saxta sement aşkarlanıb

Azərbaycan bazarında daha 20 ton saxta sement aşkarlanıb
# 18 iyun 2009 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bərdə şəhərindəki tikinti materialları bazarında Niyazi Ələkbərova, həmin rayonun Cəyirli kəndində Mahir Cavadova məxsus tikinti materialları mağazalarında 7,3 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Bundan başqa, Tərtər rayonunun Bəyimsarov kəndində Gündüz Paşayevə məxsus tikinti materialları mağazalarında 12,6 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 3 hüquqi və 10 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Qanunvericiliyin tələbini pozmuş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ümumiyyətlə, mayın 17-dən indiyədək aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 14 hüquqi şəxsə 52,5 min manat, 73 fiziki şəxsə 110 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR