Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2,4 tona yaxın yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2,4 tona yaxın yararsız ərzaq məhsulları aşkarlanıb
# 18 iyun 2009 14:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakı şəhəri Yasamal rayonunda «Lider-AS» marketdə, «İdeal» market, «Rəşad» market, «Bizim market», «New World Traiding Center» MMC-yə məxsus «Yeni dünya market», Səbail rayonunda «İdeal» market, Nəsimi rayonunda «Masallı» və «V-Asif» marketdə, Nərimanov rayonunda «Prestij» marketdə və «2002 Universam» mağazalarında, Gəncə şəhərində «Seymur market», «Baleyli market», «Altay market», həmçinin fiziki şəxs Zəfər Əhmədova məxsus «Mini market»də, İlham Qarayevə məxsus ərzaq malları mağazasında, «Vahid» marketdə və fiziki şəxs Faiq Hüseynova məxsus topdansatış obyektində, Cəlilabad şəhərində «Qaqaş» mağazasında, «ZMC» MMC-yə məxsus ticarət mərkəzində, Quba şəhərində Talıb Qasımova məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 2,4 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz məhsulları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qeyd edək ki, ümumiyyətlə, mayın 17-dən indiyədək aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 14 hüquqi şəxsə 52,5 min manat, 73 fiziki şəxsə 110 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR