Bank Of Baku

Bakıda «Françayzinqin əsasları» mövzusunda seminar keçirilir

Bakıda «Françayzinqin əsasları» mövzusunda seminar keçirilir
# 19 iyun 2009 09:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) təşkilatçılığı ilə «Françayzinqin əsasları» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, seminarın məqsədi iştirakçılara françayzinq haqda əsas anlayışları təqdim etmək, françayzinqin hər hansı bir məhsulun və ya xidmətin genişləndirilməsi, iştirakçıların nəzəri olaraq tərəflərarası müqavilə əlaqələrinə dair məlumatlandırılmasıdır. Seminarda Dünya Françayzinq Şurasının hüquqi məsələlər üzrə katibinin müavini, Yunanıstan Françayzinq Assosiasiyasının baş direktoru, françayzinq üzrə vəkil Sotiris Yanakakis, Avropa Françayzinq Federasiyası və Almaniya Françayzinq Assosiasiyası İdarə Heəətinin üzvü Rolf Gerhard Kirst tərəfindən mühazirələr oxunub.

Qeyd edək ki, françayzinq tanınmış şirkətin brendindən istifadə edərək digər bir şirkətin fəaliyyət göstərməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR