Bank Of Baku

Bakıda «Dünya böhranı şəraitində biznesi necə inkişaf etdirmək» və «Açıq çıxışların ustalığı» mövzularında seminarlar keçiriləcək

Bakıda «Dünya böhranı şəraitində biznesi necə inkişaf etdirmək» və «Açıq çıxışların ustalığı» mövzularında seminarlar keçiriləcək
# 19 iyun 2009 10:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin iyunun 29-30-da Bakıda ilk dəfə olaraq «Dünya böhranı şəraitində biznesi necə inkişaf etdirmək» və «Açıq çıxışların ustalığı» mövzularında seminarlar keçiriləcək. Seminarların təşkilatçılarından biri olan «Bank of Azerbaijan»dan «APA-Economics»ə verilən məlumatına görə, seminarların aparılması üçün Bakıya dünya səviyyəli peşəkar, Avropada satış treninqləri üzrə ən məşhur mütəxəssis, idarəetmə sahəsində əldə olunmuş nailiyyətlərə görə dəfələrlə mükafatlar alan və «Dünyanın ən yaxşı satıcısı» beynəlxalq tituluna sahib olan Maykl Benq dəvət olunub.

«Bank of Azerbaijan»ın ölkənin biznes cəmiyyəti üçün analoji tədbirin keçirilməsində məqsədi yeni ideyalar və bacarıqları praktiki öyrətmək yolu ilə Azərbaycan şirkətlərinə ümumdünya iqtisadi böhranda daha az itkilərə yol verməsi və yaranmış yeni imkanlar maksimum yararlanmasıdır.

Azərbaycan şirkətlərinin rəhbər nümayəndələri üçün nəzərdə tutulmuş seminarlar iştirakçıları beynəlxalq səviyyəli sertifikatlar alacaq.

Bununla yanaşı qeyd edilir ki, yerlərin məhdud olması ilə əlaqədar olaraq, seminarda iştirak yalnız təşkilatçılar tərəfindən xüsusi dəvət almış şirkətlər və öz ərizələrini daha tez təqdim etmiş və təşkilatçılar tərəfindən təsdiq olunmuş şirkətlər üçün mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR