Bank Of Baku

Elşən Musayev: «Azərbaycan restoranları milli mətbəx sahəsində müəllif hüquqlarının qorunması istiqamətində heç bir addım atmır»

Elşən Musayev: «Azərbaycan restoranları milli mətbəx sahəsində müəllif hüquqlarının qorunması istiqamətində heç bir addım atmır»
# 19 iyun 2009 11:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan şirkətlərinin Avropaya françayzinq üzrə tam inteqrasiyası mümkündür. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) sədri Elşən Musayev bildirib.

E.Musayevin sözlərinə görə, xaricdən Azərbaycana gələn qonaqlar milli mətbəximizi (milli yeməkləri) çox bəyənir: «Azərbaycandakı restoranlar milli yeməklərimizin müəllif hüquqlarının qorunması istiqamətində heç bir addım atmır. Milli yeməklərimizin müəllif hüquqları konsepsiyası tətbiq olunacağı təqdirdə ermənilər bizim mətbəxə aid olan yeməkləri mənimsəyə bilməyəcək».

E.Musayev buna misal olaraq İtaliya mətbəxinə aid olan pitsanı qeyd edib: «Heç bir ölkə deyə bilməz ki, pitsa onların milli yeməyidir. Belə ki, hamıya məlumdur ki, pitsa əzəldən italyan mətbəxinə məxsus olub. Lakin bu yemək dünyanın bütün ölkələrində sevilir və hazırlanır».

E.Musayev onu da bildirib ki, AFA-nın əsas məqsədi müəllif hüquqlarının qorunması sahəsini inkişaf etdirməkdir. Belə ki, müəllif hüquqları qorunmadığı halda Azərbaycana xarici şirkətlərin cəlb edilməsi prosesi də çətinləşəcək.

Qeyd edək ki, françayzinq tanınmış şirkətin brendindən istifadə edərək digər bir şirkətin fəaliyyət göstərməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR