Bank Of Baku

IFC Azərbaycanda kiçik və orta müəssisələr üzrə hesabatının təqdimatını keçirəcək

IFC Azərbaycanda kiçik və orta müəssisələr üzrə hesabatının təqdimatını keçirəcək
# 19 iyun 2009 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyunun 25-də Bakıda Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi Layihəsinin hazırladığı kiçik və orta müəssisələr üzrə hesabatın təqdimatını keçirəcək.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, təqdimat zamanı biznes sektorunun müəyyən olunan əsas çətinlikləri barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, hesabat 2008-ci ilin əvvəlində bütün regionlar və iqtisadiyyatın əsas sektorlarını əhatə edən təqribən 1 800 kiçik və orta sahibkarlar arasında aparılan sorğu əsasında hazırlanıb və araşdırma çərçivəsində hüquqi və institusional analiz aparılıb. Araşdırmanın və hesabatın əsas məqsədi tənzimləmə sahəsində sahibkarların qarşılaşdığı çətinlikləri azaltmaq, kiçik və orta sahibkarlıq sahəsində biznes mühitinin monitorinqini aparmaq və hesabatın paylanması vasitəsilə ictimaiyyətin əsas inkişaf məsələləri barədə məlumatını artırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR