Bank Of Baku

Azərbaycan bu il «Əqli mülkiyyət haqqında» qanun qəbul edəcək

Azərbaycan bu il «Əqli mülkiyyət haqqında» qanun qəbul edəcək
# 19 iyun 2009 12:58 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin sonunadək Azərbaycanda «Əqli mülkiyyət haqqında» qanun layihəsinin qəbul olunacağı gözlənilir.

Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin sədri Kamran İmanovun «APA-Economics»ə verdiyi məlumata görə, bu qanun özündə ilk dəfə olaraq əqli mülkiyyət hüquqlarının pozulmasının qarşısını ala biləcək bütün məhkəmə tədbirlərini əks etdirəcək.

«Qanunun ikinci hissəsi, bütün əqli mülkiyyətlə əlaqəli olan məhsulları xüsusi qoloqramlarla, nişanlarla markalaşdıran praktiki mexanizmdən ibarətdir. Nəticədə, əqli mülkiyyət məhsullarının əslini pirat versiyasından daha asanlıqla seçmək mümkün olacaq», - deyə K.İmanov bildirib.

K.İmanov əlavə edib ki, artıq qanun layihəsi bütün aidiyyəti dövlət qurumları tərəfindən bəyənilib və sənədin yaxın vaxtlarda qəbul olunacağı gözlənilir.

Bununla yanaşı, agentliyin nəzdində Piratlıqla mübarizə üzrə əqli mülkiyyət Mərkəzinin yaradılması nəzərdə tutulur. Yeni mərkəzin 2010-cu ildə yaradılacağı gözlənilir və artıq bu istiqamətdə hazırlıq işlərinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR