Bank Of Baku

Azərbaycan bazarında kontrafakt məhsullar üzrə araşdırma aparılıb

Azərbaycan bazarında kontrafakt məhsullar üzrə araşdırma aparılıb
# 19 iyun 2009 13:59 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Müəllif Hüquqları üzrə Dövlət Agentliyi Azərbaycan bazarında piratçılığın səviyyəsini müəyyənləşdirmək məqsədi tədqiqat aparıb.

Müəllif Hüquqları üzrə Dövlət Agentliyinin sədri Kamran İmanovun «APA-Economics»ə verdiyi məlumata görə, audio, video-kaset bazarında pirat məhsullarının payı 76%, audio, video-CD bazarında 85%, xarici audio, video-kaset, kitab nəşrləri bazarında 40-45% və kompüter təminatı bazarında 90% təşkil edir.

Bazardakı fonoqram və audiovizual əsərlərin kontrafakt nüsxələrinin 35%-i xaricdən gətirilən və xarici hüquq sahiblərinin hüquqlarının pozulması ilə müşayiət edilən pirat məhsullarının (sürət çıxarma və idxal hüquqların pozulması) payına düşür. Bununla yanaşı, yerli istehsalçıların milli müəllif və ifaçıların hüquqlarının pozulması ilə pirat məhsullarının (fonoqramların, konsert meydanlarından, efirdən, internetdən qanunsuz yazılma) bazar payı 25%, xaricdən gətirilən pirat məhsullarının yerli pirat nüsxələrinin - 20%, qanuni buraxılmış yerli əsər nüsxələrinin pirat «əlavə»lərinin - 15%, icazəsiz buraxılan «toplular» və kompilyasiyaların bazar payı 5% təşkil edir.

Hazırda yerli bazarda əhalinin müvafiq olaraq 30% və 33%-i istehlak bazarında pirat CD, audio-video kasetlərlə və kompüter proqram təminatı ilə rastlaşır və əhəmiyyət vermədən onları alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR