Bank Of Baku

Azərbaycanın istehlak bazarında aparılan monitorinq zamanı daha 2 tona yaxın yararsız ərzaq məhsulları aşkarlanıb

Azərbaycanın istehlak bazarında aparılan monitorinq zamanı daha 2 tona yaxın yararsız ərzaq məhsulları aşkarlanıb
# 22 iyun 2009 06:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakı şəhəri Nərimanov rayonunda «Cavidan Market»də, «Təhminə» firmasına məxsus «Holland Market»də, «SAF» çoxsahəli kiçik müəssisəsinə məxsus «SAF» ticarət mərkəzində, «Nurgün Qrup» MMM-ə məxsus «Ailə Market»də, Cəlilabad rayonunda «Samsung» ərzaq mağazasının anbarında, Xudat rayonunda Ə.Balaxanova və Göyçayda R.Mirzəyevə məxsus mağazalarda, Gəncə şəhərində «Çinar Market»də, «Ərzaq Market»də, «Siriyus» ərzaq mağazasında, «Nəbi Market»də ümumi çəkisi 2 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, mineral sular, konservləşdirilmiş tərəvəz məhsulları, şirələr və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 3 hüquqi və 8 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, ümumiyyətlə, mayın 17-dən etibarən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 17 hüquqi şəxsə 64,5 min manat, 81 fiziki şəxsə 122,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR