Bank Of Baku

Bakıda Azərbaycan-Çin biznes-forum keçiriləcək

Bakıda Azərbaycan-Çin biznes-forum keçiriləcək
# 22 iyun 2009 07:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyunun 23-25-də Ümumçin Sənayeçilər və Ticarətçilər Federasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Çin iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana işgüzar səfər edəcək.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibində tikinti, mebel, neft-kimya, elektrotexnika, tibb sahələrində fəaliyyət göstərən iş adamları və Ümumçin Sənayeçilər və Ticarətçilər Federasiyasının rəhbərliyi təmsil olunur.

Səfər çərçivəsində iyunun 23-də Bakıda Azərbaycan-Çin biznes-forumu da keçiriləcək. Tədbirin məqsədi Azərbaycan və Çin iş adamları arasında mövcud biznes əlaqələrinin genişləndirilməsi və yeni işgüzar əlaqələrin yaradılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR