Bank Of Baku

Azərbaycan Françayzinq Assosiasiyası: Azərbaycandakı bir çox şirkət brendlərini patentləşdirməyib

Azərbaycan Françayzinq Assosiasiyası: Azərbaycandakı bir çox şirkət brendlərini patentləşdirməyib
# 22 iyun 2009 09:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsində françayzinq prinsiplərinin tətbiqi mühüm rol oynaya bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) sədri Elşən Musayev bildirib.

E.Musayevin sözlərinə görə, Azərbaycanda bu prinsipin tətbiq edilməsində geniş potensial mövcuddur: «Biz neft-qaz ölkəsiyik, lakin bu sərvətlər əbədi deyil və qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir. Məhz françayzinq prinsiplərinin tətbiqi ölkənin regionlarının inkişaf etməsində mühüm rolu oynaya bilər».

AFA-nın rəhbəri onu da bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bir çox şirkət öz brendlərini patentləşdirməyib. Bu da, digər bir şirkətin həmin brenddən istifadəsinə (plaqiata) gətirib çıxara bilər: «Bir şirkət öz brendinin inkişafı üçün küllü miqdarda maliyyə vəsaiti sərf etdiyi halda, digəri həmin brend patentləşdirilmədiyi halda ondan istifadə edə bilər».

E.Musayev həmçinin qeyd edib ki, Türkiyədə françayzinq üzrə fəaliyyət göstərən şirkətlərin ümumi maliyyə kütləsi 5 mlrd. ABŞ dollarından çoxdur. Azərbaycanda isə bu rəqəm, demək olar ki, sıfıra bərabərdir: «Məsələn, Rusiyada yanacaqdoldurma stansiyalarının 90%-i françayzinq yolu ilə inkişaf edir. Müxtəlif şirkətlər şərtlərə uyğun olaraq tanınmış şirkətin brendi altında fəaliyyət göstərir».

Qeyd edək ki, françayzinq tanınmış şirkətin brendindən istifadə edərək digər bir şirkətin fəaliyyət göstərməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR