Bank Of Baku

“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əlavələr təklif edilib

“Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əlavələr təklif edilib
# 22 iyun 2009 15:29 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İqtisadi siyasət komitəsinin birgə iclası keçirilib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Mənzil Məcəlləsinin layihəsi üçüncü oxunuşa təqdim olunmaq üçün müzakirə edilib. Komitənin sədri Əli Hüseynov bildirib ki, sənəd üçüncü oxunuşa hazırlanarkən yaşayış sahəsinin sığortası, onun qeyri-yaşayış sahəsinə keçirilməsinin şərtləri, yaşayış sahəsinin yenidən qurulması, planlaşdırılması və digər məsələlərlə bağlı təkliflər nəzərə alınıb, müəyyən dəyişikliklər edilib.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə “Sahibkarlıq fəaliyyəti haqqında” qanununa əlavələr edilməsi haqqında məlumat verib. Komitə sədri deyib ki, təklif olunan əlavə qanunun 10-cu maddəsinə aiddir: “Əlavəyə əsasən xarici vətəndaşlar tərəfindən təsis edilən filial və nümayəndəliklərin rəhbərlərinin müavinləri Azərbaycan vətəndaşları olmalı və onların namizədlikləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır, yalnız bundan sonra müəssisə dövlət qeydiyyatına alına bilər. Bu, milli maraqlar, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması, sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması baxımından vacib olan bir düzəlişdir”.

Sonda hər iki layihə Milli Məclisin iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR