«ATA Holding»in sədri Əhməd Erentok: «Maliyyə böhranını öncədən hiss etmişdik» - MÜSAHİBƏ
- Türkiyənin Ermənistanla sərhədləri açacağı barədə məlumatlar yayılandan sonra Azərbaycanda fəaliyyət göstərən Türkiyə kapitallı şirkətlərə təzyiqlər göstərilməsi barədə məlumatlar yayıldı. Belə bir təzyiqlər həqiqətən olubmu?
- Sərhədlərin açılacağı barədə məsələ gündəmə gələndə belə məlumatlar yayılsa da bu gün tam əminliklə deyə bilərəm ki, türk şirkətləri Azərbaycanda çox yaxşı işləyir və onlara heç bir təsir olmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da Bakıda bizimlə görüşdə hər hansı təzyiqin olub-olmadığını soruşdu. Biz baş nazirə də bu fikirləri söylədik. Azərbaycanda nə gömrük, nə vergi, nə ədliyyə qurumları ilə problemlərimiz yoxdur. Bizə təzyiqlərin edilməsi barədə xəbərlər səhv və yalan məlumatlardır.
- ATİB-in Azərbaycan iqtisadiyyatına xarici investisiyanın cəlbi, eləcə də xarici şirkətlərin fəaliyyətini stimullaşdırmaqla bağlı hansı təklifləri var?
- Bu gün iqtisadi böhranla əlaqədar bəzi şirkətlər investisiya yatırımlarından mümkün qədər çəkinir. Amma bu böhran yeni bazarlar tapmaq və inkişaf etdirmək üçün şərait də yaradıb. Azərbaycan xarici şirkətlər üçün maraqlı ölkələrdəndir. Son 1,5 ildə «vahid pəncərə» qeydiyyat sisteminin, eləcə də yanvar ayından sərhəd keçid məntəqələrində «bir pəncərə»nin tətbiqi ilə bağlı işlər görülüb. Əvvəllər şirkətlərin yaradılması ilə bağlı bir sıra problemlər olub. Artıq həmin problemlər aradan qaldırılıb və işlər asanlaşıb. Azərbaycanda əsas problem istənilən səviyyəli kadrların olmamasıdır. Həm yerli, həm də xarici şirkətlər lazımi keyfiyyətdə kadr tapmaqda çətinliklə üzləşir. ATİB bu məqsədlə yeni bir tədqiqat hazırlayıb və bu, yaxın vaxtlarda açıqlanacaq. Kadr hazırlığı sadəcə hökumətin deyil, hamının marağında olmalıdır.
Əsas məsələ isə şirkətlərin öz işlərini düzgün qurmağından asılıdır. İşlər düzgün qurularsa, heç bir problem də yaranmaz. Məsələn, mənim rəhbərlik etdiyim «ATA Holding»də bütün işçilər nə qədər maaş alır, hamısı olduğu kimi rəsmiləşdirilir, xaricdən nə mal gətiririk fakturası var, nə xidmət göstəririk hamısı sənədləşir. Burada nə problem ola bilər? Müəyyən sahələrdə, məsələn rəqabətlə bağlı çətinliklər var. Bəzən aşağı və orta səviyyələrdə məmurlar fərdi qaydada kimlərisə sıxışdırır. Amma bu hal dünyanın hər yerində var və tək Azərbaycana xas olan xüsusiyyət deyil.
- Rəqabətlə bağlı araşdırmanızda bir sıra sığorta şirkətinin bəzi sığorta növləri üzrə bazarda inhisarçı mövqe tutduğunu qeyd etmişdiniz.
- Biz azad təşkilat olaraq belə bir araşdırmalar aparmışıq və tədqiqatların sonunda təkliflər də olur. ATİB kimisə tənqid etmir və ya kiminsə imicinə zərbə vurmur. Sadəcə olaraq mövcud durumu analiz edir və təkliflər ünvanlayır. Biz ötən bir il ərzində maliyyə, səhiyyə sektoru ilə bağlı da tədqiqatlar aparmışıq. Bu tədqiqatlar hazır olandan sonra müvafiq qurumlarla müzakirələr aparılır və bundan sonra ictimaiyyətə açıqlanır. O cümlədən, rəqabət mühiti ilə bağlı araşdırmada da belə olub.
- Bu araşdırmalardan sonra dövlət strukturları da daxil olmaqla, hansısa təşkilatların təzyiqi ilə üzləşmədiniz ki?
- Xeyr. Belə bir şey olmadı və ola da bilməz. Bəlkə kimsə məndən inciyə bilər. Amma burada incimək üçün heç nə yoxdur. Orada heç kimin xətrinə dəyən nə isə qeyd edilməyib. Həm də tədqiqatlarda biz elə dövlət orqanlarının verdiyi rəqəmlərdən və göstəricilərdən istifadə etmişik. Reallıq göstərilib və müvafiq təkliflər səsləndirilib.
- İqtisadi böhran «ATA Holding»in fəaliyyətinə necə təsir göstərib?
- Biz maliyyə böhranını öncədən hiss etdiyimizdən tədbirlərimizi iki il əvvəlcədən gördük. Bu tədbirlərdən biri xərclərə ciddi nəzarətin təşkili, ikincisi isə bankda risklərin idarə edilməsi ilə bağlı olub. Holdinqə daxil olan şirkətlər maliyyə böhranı ilə bağlı heç bir problemlə üzləşməyib. Lakin bəzi işlərimizi müvəqqəti olaraq təxirə saldıq. «Ekselsior» otelinin arxa hissəsi və ön tərəfində boş sahədə konqres mərkəzi və ticarət mərkəzi inşa etməli idik. Bu iri layihə idi. Maliyyə böhranı ilə əlaqədar maliyyə mənbəyi tapmaqda çətinliklərlə üzləşdik. Bəzi Koreya şirkətləri ilə Azərbaycanda infrastruktur layihələri üzrə işlər aparırıq. Hesab edirəm ki, 2010-cu ilin ortalarınadək sakit dayanmaq lazımdır.
- Quşçuluqla bağlı layihələriniz davam edirmi?
- Bu layihə «Şəmkir Quşçuluq»da mövcud istehsalatı modernləşdirməkdən ibarətdir və İsrail şirkətləri ilə birgə iş aparırıq. Həm fabrikin texnologiyasını yeniləşdirməyi, həm də istehsalı artırmaq niyyətindəyik. Bu texnologiyaların tətbiqindən sonra xaricə də məhsul ixracımız artacaq. Bu gün Amerikadan, ordan-burdan Azərbaycana toyuq əti gətirilir. Niyə biz məhsul ixrac etməyək. Qeyd etmək istərdim ki, ötən ildən quşçuluq təsərrüfatlarının yem təchizatında problemlər meydana çıxmağa başladı. Biz digər şirkətlərlə birgə hökumətlə bu sahədə problemlərin aradan qaldırılması yollarını müzakirə edirik. İndi böhranla əlaqədar yemin qiymətində müəyyən ucuzlaşma olub. Bizim təklifimiz idxal edilən quş yeminin əlavə dəyər vergisindən azad olunması ilə bağlıdır.
- Sizin Azərbaycanı birdəfəlik tərk etməyiniz barədə məlumatlar da yayılmışdı.
- Bu xəbərlərin heç bir əsası yoxdur. Ola bilsin müəyyən obyektiv səbəblərdən mənim uzun müddət ölkə xaricində olmağım bu cür xəbərlərin yayılmasına şərait yaradır. Amma mənim ölkə xaricində olmağım, o demək deyil ki, mən Azərbaycanı tərk etmişəm və işlərə nəzarət etmirəm. Hazırda informasiya texnologiyaları elə bir şərait yaradıb ki, işlərə nəzarət edilməsi və onların idarə edilməsi üçün fiziki şəkildə mövcudluğun zəruriliyi minimuma enib. Biz müxtəlif texnologiyalardan, məsələn «Skype» proqramından istifadə edərək real rejimdə iclaslarımızı keçirir, müzakirələr aparır, qərarlar qəbul edirik. Bundan başqa, mən hər gün elektron poçt vasitəsilə işçilərimizdən çoxsaylı məlumatlar alır və elə həmin vasitə ilə də çoxsaylı tapşırıqlar verirəm. Yəni, əgər mən Azərbaycanda olmuramsa, bu o demək deyil ki, mən ölkəni tərk etmişəm.
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub