Bank Of Baku

Azərbaycan spirtli içkilərin idxalını 2 dəfə azaldıb

Azərbaycan spirtli içkilərin idxalını 2 dəfə azaldıb
# 23 iyun 2009 12:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycana ümumi dəyəri 4 918,4 min ABŞ dolları təşkil edən 2 962 126,3 litr spirtli içki idxal olunub. bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İdxal olunmuş alkoqollu içkilərin həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azalıb.

Ümumilikdə, idxal olunmuş alkoqollu içkilərin 660 948,3 litri may ayının payına düşüb. May ayında Azərbaycana idxal edilən alkoqollu içkilərin ümumi dəyəri 774,6 min dollar təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana 528,2 min dollar dəyərində 491 873,4 litr spirt gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR