Bank Of Baku

Azərbaycan bazarında yararsız uşaq yeməkləri aşkarlanıb

Azərbaycan bazarında yararsız uşaq yeməkləri aşkarlanıb
# 23 iyun 2009 14:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Sumqayıt şəhərində «Qayalı market», «Gülşən market», «Firuz market», «Şahdağ market», «Ruzi market» mağazalarında, eləcə də Rəşid Rəşidova məxsus «Ay işığı» topdansatış obyektində və Xaçmaz şəhərində Pərvanə Quliyevaya məxsus pərakəndə ticarət mağazasında ümumi çəkisi 1 tona yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları – «Nestogen», «Hipp», «Nestle» uşaq yeməkləri, qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz məhsulları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən keçirilən monitorinqlər zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 18 hüquqi şəxsə 68,5 min manat, 87 fiziki şəxsə 131 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR