Bank Of Baku

Azərbaycan bazarında daha 43 ton saxta sement aşkarlanıb

Azərbaycan bazarında daha 43 ton saxta sement aşkarlanıb
# 24 iyun 2009 13:16 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, aparılmış monitorinq zamanı Sumqayıt şəhərində «Yaşıl market», «Toğrul market», «Karvan market», «Cici market» (bu marketdə son bir həftədə aşkarlanmış ikinci qanun pozuntusudur) və «Fidan» ərzaq malları mağazasında 600 kq istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa, qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, konservləşdirilmiş tərəvəz məhsulları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Eyni zamanda, Bakı şəhəri Nərimanov rayonunda Knyaz Əliyevə, Qaradağ rayonunda Aydın Qəniyevə və Göyçay rayonu Cəyirli kəndində Ayaz Səfərəliyevə məxsus tikinti materialları satışı mağazalarında ümumi çəkisi 43 ton olan saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 1 hüquqi və 8 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaq.

Qeyd edək ki, ymumiyyətlə, mayın 17-dən başlayaraq aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 20 hüquqi şəxsə 76,5 min manat, 94 fiziki şəxsə isə 141,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR