Bank Of Baku

Ağdamda bölgə sahibkarları ilə görüş keçirilib

Ağdamda bölgə sahibkarları ilə görüş keçirilib
# 25 iyun 2009 09:51 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirib. APA-nın Qarabağ bürosunun məlumatına görə, görüş çərçivəsində Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları tərəfindən Ağdam və ətraf rayonlardan olan 94 sahibkara güzəştli kreditlər verilib. Sahibkarların həyata keçirəcəyi layihələr əsasında 120-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Qeyd edək ki, 2009-cu ilin birinci yarısında 750-dən çox sahibkara ümumilikdə 43 mln. manat həcmində güzəştli kredit verilib. Bunun 90%-i regionların payına düşür. Ümumilikdə, kreditləşmə layihələri əsasında bölgələrdə 3 200-dən çox iş yeri açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR