Bank Of Baku

Azərbaycanda yeni dövlət xidməti yaradılıb

Azərbaycanda yeni dövlət xidməti yaradılıb
# 25 iyun 2009 10:50 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə prezidentin mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçısının fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Dövlət Xidməti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin bazasında İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Dövlət Xidməti işçilərinin say həddi 172 ştat vahidi müəyyən edilib.

Fərmana əsasən, Nazirlər Kabineti bir ay müddətində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında əsasnamənin layihəsini hazırlayaraq dövlət başçısına təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR