Bank Of Baku

Azərbaycan paytaxtında «Brilyant butiki» açılacaq

Azərbaycan paytaxtında «Brilyant butiki» açılacaq
# 29 iyun 2009 09:38 (UTC +04:00)
Bakı. Rəşad Sülemanov - APA-Economics. Türkiyənin brilyant bəzək əşyalarının istehsalı və satışı ilə məşğul olan «Zen Pırlanta» şirkəti yaxın perspektivdə Azərbaycanda satış mağazasını açmağı planlaşdırır. «APA-Economics»in bildirdiyinə görə, bu barədə şirkətin İdarə Heyətinin sədri Emil Güzeliş məlumat verib.

E.Güzeliş bildirib ki, Türkiyədə 21 mağaza, xaricdə isə 18 mağazadan ibarət satış şəbəkəsi ilə fəaliyyət göstərən «Zen Pırlanta» şirkəti «25 ildə 1000» aksiyası çərçivəsində dünyanın müxtəlif ölkələrində «Brilyant butiki» açmağı qarşıya məqsəd qoyub. Yaxın perspektivdə bu mağazalar şəbəkəsi Bakı, Nyu-York, Barselona, Madrid, London, Bəhreyn, Sofiya, Frankfurt, Berlin, Məkkə, Lefkoşa və Milan şəhərlərini əhatə etməklə genişləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR