Bank Of Baku

Azərbaycanda keçirilən son pul hərracında bir səhmdar cəmiyyətinin səhmləri satılıb

Azərbaycanda keçirilən son pul hərracında bir səhmdar cəmiyyətinin səhmləri satılıb
# 30 iyun 2009 10:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda iyunun 23-də keçirilmiş 517-ci pul hərracında bir səhmdar cəmiyyətinin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səhmləri satılmış «Bərdə Avtonəqliyyat» ASC-nin nizamnamə kapitalı 257 121,40 manat, buraxılmış səhmlərinin ümumi sayı 128 560 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Satışa nominal dəyəri 77 138 manat, ilkin hərrac qiyməti 38 569 manat təşkil edən 38 569 səhm çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiymətinə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR