Azərbaycanda bölgələrin inkişafı ilə bağlı növbəti seminar keçirilib
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirov, İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, eləcə də sahibkarlar çıxış edərək, Azərbaycanda özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, sahibkarlığın inkişafının iqtisadi siyasətin əsas istiqamətlərindən olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində sahibkarlar üçün «Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi» mövzusunda treninq keçirilib. Treninqdə 250-ə yaxın sahibkar iştirak edib. Treninqdə investisiya layihələrinin hazırlanması, biznes-planların tərtib olunması və güzəştli kreditlərdən istifadə qaydaları barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində həmçinin Fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanması, həmçinin plastik kütlədən hazırlanan sənaye və tikinti materiallarının istehsalı üzrə Salyan və ətraf rayonlardan olan 75 sahibkara 3,7 mln. manat güzəştli kredit verilib. Ayrılmış güzəştli kreditlər hesabına həmin rayonlarda 250-dən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. Fonddan müvəkkil kredit təşkilatı vasitəsilə ayrılan 960 min manat güzəştli kredit hesabına «Salyan Plastik Kütlə Emalı» SC-də istehsal olunan polimer məhsulların çeşidi genişləndiriləcək, müxtəlif növ qapı və pəncərə PVC profillərinin (2, 3, 5 və daha çox kameralı) istehsal sahəsi yaradılacaq və müasir avadanlıqlarla təchiz ediləcək. İldə 2 500 ton PVC profilləri istehsal olunacaq müəssisədə 50 yeni iş yerinin açılması nəzərdə tutulur.
Tədbir çərçivəsində sahibkar Nizami Hüseynova 1,5 mln. manat güzəştli kredit ayrılıb. Bu vəsait Salyan rayonunun Çuxanlı kəndində inşa edilən kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar və üzüm) saxlanılması üçün ümumi sahəsi 2 250 kv. metr olan saxlama kamerasının (soyuducu anbarı) tikintisinin sürətləndirilməsinə, anbarın müasir soyuducu və avadanlıqlarla təmin olunmasına yönəldiləcək. Burada saxlanılacaq faraş kənd təsərrüfatı məhsullarının 60%-nin daxili, 40%-nin isə xarici bazarda satılması nəzərdə tutulur. Layihənin həyata keçirilməsi 70 yeni iş yerinin açılmasına imkan verəcək.
Beləliklə də, 2009-cu ilin ilk 6 ayı ərzində SKMF tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş kreditlərin həcmi 44,6 mln. manat təşkil edib. Bu müddət ərzində 770-dən çox sahibkar güzəştli kreditlər alıb. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 3 400-ə yaxın yeni iş yerinin yaradılması gözlənilir.
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub