Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyasına yeni prezident seçilib

Azərbaycan Sahibkarlar Konfederasiyasına yeni prezident seçilib
# 30 iyun 2009 12:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) növbədənkənar qurultayı keçirilib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, qurultayda baxılan əsas məsələlərdən biri ASK-nın prezident və vitse-prezidentinin seçilməsi olub. Belə ki, aprelin 30-da keçirilən qurultayda ASK-nın yenidən seçilmiş prezidenti Ələkbər Məmmədov daha sonra növbədən kənar keçirilən qurultayda bu vəzifədən könüllü olaraq istefa verib. ASK-nın prezidenti vəzifəsini müvəqqəti olaraq «Texnikabank»ın Müşahidə Şurasının sədri Etibar Əliev icra edib.

Lakin bu gün keçirilən növbədən kənar qurultayda ASK-nın yeni prezidenti və vitse-prezidenti seçilib. Belə ki, Konfederasiyanın prezidenti vəzifəsinə «Aqrarkredit» qeyri-bank kredit təşkilatı İdarə Heyətinin sədri Məmməd Musayev, vitse-prezidenti vəzifəsinə isə «Azpetrol» neft şirkətinin prezidenti Hüseynağa Rəhimov seçilib.

Qeyd edək ki, ASK-nın qurultayı hər 10 ildən bir keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR