Bank Of Baku

Azərbaycanın müxtəlif şəhər və rayonlarında yararsız ərzaq məhsulları və saxta sement aşkarlanıb

Azərbaycanın müxtəlif şəhər və rayonlarında yararsız ərzaq məhsulları və saxta sement aşkarlanıb
# 02 iyul 2009 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakı şəhəri Binəqədi rayonunda «Qardaşlar» marketdə, Xətai rayonunda «Grand», «Rəşad», «Eleqant», «Lider», «Rövşən», «Orxan» marketlərdə və «Hakim Holding» MMC-yə məxsus «Hakim» marketdə, Novxanı qəsəbəsində «Murad», «Fərid», «Samir», «Everest», «AS», «Vasif» və «RM» marketlərdə, Xaçmaz şəhərində «Orxan» marketdə ümumi çəkisi 701 kq istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, uşaq qidaları, konservləşdirilmiş tərəvəz məhsulları, quru çaylar və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Novxanı qəsəbəsində yerləşən «Murad» marketdə istifadə müddəti ötmüş digər ərzaq məhsulları ilə yanaşı «Humana» uşaq yeməkləri də aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Bundan başqa, keçirilən yoxlamalar zamanı Bakı şəhəri Nəsimi rayonunda fiziki şəxs A.İsmayılovaya məxsus uşaq oyuncaqları mağazasında, «Nəm-nəm» uşaq qidaları mağazasında, Nərimanov rayonunda «Şəkər bala» uşaq aləmi mağazasında, «Uşaq aləmi» mağazasında, Səbail rayonunda «2 Jirafa» uşaq oyuncaqları mağazasında, «Fərid» KM-nə məxsus «HİPP» uşaq qidaları mağazasında, «İndiqo» MMC-yə məxsus «Premaman» mağazasında ümumi dəyəri 130,6 min manat olan 5 501 ədəd məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış müxtəlif uşaq oyuncaqları, paltarları və ayaqqabıları aşkar olunub və satışdan çıxarılıb.

Dövlət Xidməti tərəfindən eyni zamanda Binəqədi rayonu Biləcəri qəsəbəsində N.Cəbrayılova məxsus tikinti materiallarının satışı mağazasında 18 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş 3 hüquqi və 21 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR