Bank Of Baku

Azərbaycanın iki iri şəhərində satışda saxta məhsullar aşkarlanıb

Azərbaycanın iki iri şəhərində satışda saxta məhsullar aşkarlanıb
# 06 iyul 2009 07:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı bir sıra satış obyektində keyfiyyətsiz ərzaq məhsulları aşkarlanıb. Bu barədə «APA-Economics»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhəri, Yasamal rayonunda «Fidania market»də, «Əriməz market»də, «Ramstore» QSC-yə məxsus mağazada və «Mahima Enterprises» müəssisəsinə məxsus «Meqa mart market»də ümumi çəkisi 110 kq olan istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Yasamal rayonunda yerləşən «Lider-AS» MMC-yə məxsus «Lider-AS market»də aparılmış yoxlama zamanı istifadə müddəti ötmüş və mənşəyi məlum olmayan mallar aşkar edilməyib.

Sumqayıt şəhərində fiziki şəxs Qeyis Nəbiyevə məxsus inşaat materialları satışı mağazasında 6,4 ton saxta sement aşkar edilərək satışdan çıxarılıb.

Qanunvericiliyin tələlərini pozmuş 2 hüquqi və 3 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və onlara qarşı inzibati cərimələr tətbiq olunacaq.

Ümumilikdə, mayın 17-dən indiyədək aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 26 hüquqi şəxsə 100,5 min manat, 126 fiziki şəxsə 189,5 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR