Bank Of Baku

Ümumrusiya Elmi Tədqiqat Sertifikatlaşdırma İnstitutunun Azərbaycanda fəaliyyətinə xitam verilib

Ümumrusiya Elmi Tədqiqat Sertifikatlaşdırma İnstitutunun Azərbaycanda fəaliyyətinə xitam verilib
# 06 iyul 2009 15:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ümumrusiya Elmi Tədqiqat Sertifikatlaşdırma İnstitutunun Azərbaycanda sertifikatlaşdırma orqanı kimi fəaliyyətinə xitam verilib. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) məlumat verilib.

Komitə tərəfindən Ümumrusiya Elmi Tədqiqat Sertifikatlaşdırma İnstitutunun sertifikatlaşdırdığı «Odlar Yurdu 95» əczaçılıq şirkətində «Keyfiyyəti idarəetmə sistemi»nin fəaliyyətinə müşahidələr aparılıb. Nəticədə, şirkətdə İSO 9001-2000 standartının tələblərinin kobud surətdə pozulması aşkar edilib. Komitəsinin qərarı ilə Ümumrusiya Elmi Tədqiqat Sertifikatlaşdırma İnstitutunun sertifikatlaşdırma orqanı kimi Azərbaycanda fəaliyyəti razılaşdırılmayıb. Bu təşkilatın Azərbaycanda sertifikatlaşdırdığı təşkilat və müəssisələrdə mövcud olan sertifikatlar isə qeyri-qanuni hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR