Bank Of Baku

Azərbaycanın şəhər və rayonlarında 500 kq-dan artıq yarasız malları aşkarlanıb

Azərbaycanın şəhər və rayonlarında 500 kq-dan artıq yarasız malları aşkarlanıb
# 09 iyul 2009 15:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən yoxlamalar zamanı bir neçə marketdə yararsız istehlak malları aşkarlanıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, yoxlamalar zamanı Bakının Xətai rayonunda «Ulduz market»də və «Təbriz market»də, Nərimanov rayonunda «Okean market»də, Suraxanı rayonunda «Elvin market»də, Siyəzən şəhərində Nazir Allahverdiyevə məxsus pərakəndə ticarət mağazasında, Kürdəmir şəhərində Şəlalə Cəfərovaya və Ağabəyim Mehdiyevaya məxsus ərzaq malları mağazalarında ümumi çəkisi 500 kiloqramdan artıq olan saxlama müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, konservləşdirilmiş tərəvəz məhsulları, süd və süd məhsulları, sərinləşdirici içkilər, «Nestle», «HİPP», «Nutrilak» uşaq yeməkləri, həmçinin kosmetik vasitələr, şampunlar və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və bu şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, cari ilin may ayının 17-dən aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 30 hüquqi şəxsə 116,5 min manat, 157 fiziki şəxsə 236 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR